“Acun Ilıcalı ilə sevgili deyilik”
Son zamanlar brazilyalı məşhur model Adrina Limanın türkiyəli produser Acun Ilıcalı ilə evlənəcəyi haqqında xəbərləri yayılıb.
Acun Ilıcalı mövzu ilə bağlı susqunluğunu qorusa da, məşhur model bu iddiaları cavab verib.
Adriana Lima “İlk və son dəfə cavab verirəm. Mən Acunla heç vaxt bir yerdə olmamışam və hazırda da sevgili deyilik. Evlənəcəyimiz ilə bağlı xəbərlər mənasızdır, yalandır. Acun sadəcə mənim dostumdur” deyə, açıqlama verib.
Bu il Londonda ” Victoria Secret”-in ilk dəfə keçirilən moda şousunda podiuma çıxan model Türkiyə haqqında gözəl fikirlərini paylaşaraq, Acun Ilıcalı ilə arasında sevgi münasbətlərinin olması ilə bağlı suallar qarşısında səssiz qalmışdı.
Adriana Lima ilə yanaşı, Acun Ilıcalının səssiz qalması da, bu iddiaların doğru olduğuna inamı artırmışdı. Bu iddialarla bağlı Acun Ilıcalının nə deyəcəyi isə hamının diqqət mərkəzindədir.
(anspress.com)