ADİU-nun təmir işləri başa çatdı

media-hightechnic-468x90

publika.az1400224116adiuYeni dərs ili ərəfəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 2 nömrəli tədris binasında təmir işləri başa çatıb.

ADİU-dan  bildiriblər ki, 124 otağın (109 auditoriya, 13 kafedra, 2 dekanlıq) maddi-texniki bazası yenilənərək müasir avadanlıqla təmin olunub. Yeni yaradılmış 6 laboratoriyada tədrisin ən müasir metodlarla aparılması üçün lazımi şərait yaradılıb.

Dərslərin interaktiv üsulla keçirilməsi üçün 16 auditoriyada proyektorlar, 2 xüsusi auditoriyada isə “ağıllı lövhələr” quraşdırılıb. Bu lövhələr interaktiv dərslərin keyfiyyətini artırmağa imkan verir.

Tədris binasının xüsusi konfrans zalında beynəlxalq videokonfransların keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu da dünyanın bütün qabaqcıl universitetləri ilə birbaşa videobağlantı yaratmaqla təhsilin səviyyəsini daha da artıracaq.

Tədrisin texniki təminatının yüksəldilməsi məqsədilə sürətli internet çəkilib və mərkəzi serverə qoşulub.

Eyni zamanda, binada 4 yeni lift və təhlükəsizlik kameraları quraşdırılıb, sanitar qovşağı və su xəttləri yenilənib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600