Adnan Oktarın Azərbaycandakı tərəfdarları da həbs oluna bilər – Səfir

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul dövlət çevrilişinin 2 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2 gün öncə Türkiyədə həbs olunan Adnan Oktarın Azərbaycandakı üzvlərinə qarşı da əməliyyat aparıla biləcəyini bildirib.

Səfir qeyd edib ki, hazırda məhkəmə prosesi davam edir, konkret qərar yoxdur:

“Araşdırmaların nəticəsindən asılı olaraq bu proses Azərbaycan və digər ölkələrdə də aparılacaq. Hesab edirəm ki, FETÖ-yə qarşı mübarizədə olduğu kimi, Adnan Oktarla bağlı məsələ də qarşılıqlı olaraq həll olunacaq. Türkiyə dövlətinə qarşı hər bir təhdiddə Azərbaycan dövləti yanımızda olub, bundan sonra da olacağına inanırıq”.

Səxavət Məmməd