Avropanın Ermənistanı himayə etməsində MƏQSƏD: "Azərbaycan və Gürcüstanın vəziyyəti düzgün qiymətləndirməsi..."

media-hightechnic-468x90

“Azərbaycanda baş verən hər şeyi şişirdən, qarışqadan fil düzəldən Avropa qurumları Ermənistanda siyasi həbsləri, kilsəyə qarşı təzyiqləri, jurnalistlərin həbsini görmək istəmir”.

Bunu Avropa İttifaqının Ermənistanla isti münasibətləri və bu qurumun Azərbaycana qarşı mövqe almasın barədə danışan Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.media-azer-badamov

Deputat bildirib ki, Azərbaycan 30 ildə öz səsini eşitdirməyə çalışsa da, Avropa qurumları ədalətsiz mövqe nümayiş etdirib:

“Azərbaycanın istəyi işğal siyasətinə haqlı dəyər verilməsi, ədalətli mövqe sərgilənməsi idi. Əsas amil işğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoyulması idi. Avropa İttifaqı verdiyi açıqlamalarla bu fərqi qoymadan dişsiz, ünvansız, mənasız açıqlamalar verirdi. Ən pisi isə ölkəmizə qarşı ikili standartlar tətbiq edirdi. Dünyanın müxtəlif yerlərində baş verən müharibələrə münasibət fərqli, Azərbaycana qarşı isə tamamilə fərqli idi. Daha dəqiq ifadə ilə ədalətsiz mövqe gördük. Bütün bu reallıqları aydın görən Azərbaycan heç bir şəkildə əyilmədi, itaətkar müttəfiq olmadı.

Enerji ehtiyatlarımızla bağlı danışıqlar gedərkən, müqavilələr imzalanarkən belə Azərbaycan xarici siyasətinin müstəqil mövcudluğunun qorunması istiqamətində son dərəcə düşünülmüş addımlar atdı. Bütün danışıqlar ətraflı araşdırıldı, imzalanan müqavilələrin hər biri detallı şəkildə nəzərdən keçirildi. Əlbəttə ki, bu gün Azərbaycan Cənubi Qafqazda danılmaz bir reallıq yaradıb. Qərb bundan geridə qalmaq istəmir. Bu reallıq o qədər cəlbedici iqtisadi və siyasi dividendlər vəd edir ki, Avropa İttifaqı onların heç birində uduzmaq istəmir”.

A. Badamovun sözlərinə görə, hazırda Avropa İttifaqının mövcud vəziyyəti, zəifləməsi və parçalanmaq riski onun Cənubi Qafqaz kimi bir bölgədən çəkilmək istəmədiyini göstərir:

“Lakin vəziyyət heç də ürəkaçan deyil. Gürcüstanın münasibəti, yanaşması aydındır. Hazırkı hökumət son dərəcə praqmatik yanaşma irəli sürür.

Azərbaycan heç vaxt Qərb institutlarının ikili standartlarını, təzyiqini qəbul etməyib. Şübhəsiz ki, 8 avqust tarixindən sonra regiondakı şiddətli rəqabətə yeni bir rəqabət də əlavə olunur ki, bu da Avropa İttifaqının artan marağıdır. Azərbaycan və Gürcüstanın vəziyyəti düzgün qiymətləndirməsi Avropa İttifaqını məcbur edir ki, bu qapılar bağlanandan sonra üzünü Ermənistana çevirsin.

Birlik son çarə olaraq Ermənistana üz tutur. Son dərəcə əlverişli məqam var. Bu məqam Ermənistanda qarşıdan gələn seçkilərdir. Aİ seçkidə mövcud hakimiyyətin qalibiyyətinə dəstək verməklə Ermənistanın bu durumuna göz yumur”.

“Amma məsələ burasındadır ki, Paşinyan da bu gün siyasi gələcəyini prioritet kimi görür. Buna görə də əsas vəzifə seçkilərdə qalib gəlməkdir. Bu baxımdan, istifadə edilən ritorika, atılan addımlar hər hansı bir tərəfin düşmənə çevrilməsinin qarşısını almağa xidmət edir ki, seçkilər ən rahat formada keçsin.

Azərbaycanda baş verən hər şeyi şişirdən, qarışqadan fil düzəldən Avropa qurumları Ermənistanda siyasi həbsləri, kilsəyə qarşı təzyiqləri, jurnalistlərin həbsini görmək istəmir. Şübhəsiz ki, Avropa İttifaqı hazırda Ermənistanda nələrin baş verdiyini çox yaxşı bilir. Bunu görməmək sadəcə Avropa təsisatlarının maraqlarına xidmət edir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa