Xəbər verdiyimiz kimi, Türkiyədə özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar və 235 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində saxlanılıb.
Onlar aşağıdakı maddələr üzrə təqsirləndiriliblər:
“Mütəşəkkil cinayət qrupu yaratmaq, yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dini inanc və duyğuların istismar olunması, dələduzluq, çirkli pulların yuyulması, şəxsi həyat sirlərini ifşa etmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa əməl etməmək, cinsi təcavüz, təhdid, iftira, xalqı hərbi xidmətdən çəkindirmək”.
Saxlanılanlar arasında Oktarın çoxlu sayda “kedicik”ləri də var.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın saxlanılan tərəfdarları şok açıqlamalar verib. Onlar itaət etməyənlərin təcavüz edilərək cəzalandırıldığını bildirib.
“95 qruplaşma evi vardı. Kişilər ərazilər üzrə işləyirdilər. Varlı qadınları aldadaraq, evlərinə gətirirdilər. Daha sonra bu qadınları çəkilən görüntülərlə şantaj edirdilər. Hətta tualetlərdə də kameralar var idi. İtaətsizlikdən cəza alan qadına 24 saat ərzində 20 nəfər təcavüz edirdi. Təcavüz edilənlər arasında hətta azyaşlılar da var idi”, – deyə təşkilatdan qaçanlar qandonduran etiraflarında bildiriblər.
Bundan əlavə, mürid qadınlardan da nüfuzlu kişiləri şantaj etmək üçün istifadə edildiyi məlum olub. Qadınlar həmçinin mürid kişilərin seks köləsinə çevriliblər.
Qeyd edək ki, saxlanılanlardan 70-i Adnan Oktara qarşı ifadə verib.
www.yenicag.az