İstanbul məhkəməsinin qərarı üzrə yazıçı Adnan Oktarın cinayətkar sektasının həbs edilən üzvlərinin sayı 116-ya çatıb.
Yenicag.az bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hazırda villalarında axtarış keçirilən Adnan Oktar özü iyulun 11-də həbs edilib.
Cinayətkar təşkilata cəlb olunmuş 54 nəfərin dindirilməsi isə davam edir.
Eyni zamanda, Türkiyə təhlükəsizlik gücləri cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinən daha 235 nəfərin saxlanılması üçün əməliyyat aparır. Əməliyyat Türkiyənin beş əyalətində həyata keçirilir.
Qeyd edək ki, cinayətkar qruplaşma üzvləri yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dələduzluq, rəsmi sənədlərdə saxtakarlıq, cinsi təcavüz və sair maddələrlə ittiham edilirlər.
Zaur H.
www.yenicag.az