!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADPU-nun Quba filialında Şəhid kapitan Aqil Məlikov adına auditoriyanın açılışı oldu - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə qəhrəman döyüşçünün adına təsis edilən auditoriyanın açılış mərasimi olub.

Açılış mərasimi ADPU Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” IV Beynəlxalq elmi konfrans çərçivəsində keçirilib.

Şəhid kapitan Aqil Məlikovun auditoriyasınatər çiçəklər düzülüb.

Açılışda şəhid kapitanın ailə üzvləri və doğmaları, həmçinin atası Niyaz Məlikov, qəhrəmanın həyat yoldaşı Günel Məlikova, şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Bişkek Musiqi Pedaqoji İnstitutunun rektoru professor Ulanbek Mambetakunov, Milli Məclisin deputatı, professor Əlibala Məhərrəmzadə, yerli hüquq mühafizə orqanları rəhbərləri, ADPU-nunQuba filialının direktoru dosent Yusif Alıyev və müəllim-tələbə heyəti iştirak ediblər.

Professor Cəfər Cəfərov, Millət vəkili Əlibala Məhərrəmzadə, şəhid Miqdad Abduləlimovunanası Tünzalə Abduləlimova və dosent Yusif Alıyev çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfərin xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə düşdüyünü ifadə ediblər. Diqqətə çatdırılıb ki, şəhid və qazilərimizinqəhrəmanlığı ilə qazanılan bu qələbə tarix boyu əcdadlarımızın arzuladığı milli birlik fəlsəfəsinin təntənəsidir.

Şəhid kapitan Aqil Məlikovun müəllimi olduğunu xatırladan qabaqcıl təhsil işçisi Rahib Sədullayev igid döyüşçünün yüksək keyfiyyətlərindən, hər zaman ətrafındakı insanların sevimlisi olmasından danışıb.

Oğlunun vətən və dövlət qarşısındakı xidmətlərinə verilən dəyərə görə minnətdarlığını ifadə edən şəhid kapitanın atası Niyaz Məlikovqəhrəman övladının adının əbədiləşdirilməsiningənc nəslin təlim-tərbiyəsi işində əhəmiyyətli hadisə olduğunu bildirdi.

Çıxışlarda əminliklə qeyd olunub ki, Şəhid kapitan Aqil Məlikov adına auditoriyada tədris keçən bütün tələbələr məhz onun kimi qəhrəman olmağa çalışacaq, vətəni, dövləti məhz onun kimi sevəcək və göz bəbəkləri kimi qorumaq eşqində olacaqlar.

Xatırladaq ki, kapitan Aqil Məlikov  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhidlik məqamına ucalıb.

COP29

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv