ADRA-dan koronavirusla mübarizəyə dəstək – FOTO

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəhbər əməkdaşları könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqqlarından 36 min manat ianə ediblər.

ADRA-dan Yenicag.az-a verilən məlumata görə, bununla yanaşı, agentlik ölkə rəhbərinin tapşırığına əsasən, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq açıq məkandakı reklam lövhələrində virusla mübarizəyə dair videoçarxların hazırlanması və yayımlanmasını həyata keçirib.

Əsas məqsəd əhalinin maarifləndirilməsi, virusla mübarizədə milli həmrəyliyin göstərilməsi, o cümlədən həyatını təhlükəyə ataraq pandemiyaya qarşı səfərbər olan tibb işçiləri, polislər və digər peşə sahiblərinə dəstək nümayiş etdirmək, ictimaiyyəti də anlayışlı və məsuliyyətli olmağa səsləməkdir.

ADRA öz növbəsində maarifləndirmə işinin aparılmasında köməklik göstərən reklam sahəsində çalışan sahibkarlara dərin minnətdarlığını bildirir.