ADY: Bakı-Qəbələ-Bakı qatarının hərəkəti ikitərəfli qaydada təşkil olunacaq

media-hightechnic-468x90

Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.

media-banner_tuq

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər səfər biletini ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından ala bilər.

Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05