Zaur GİZLİNLƏRİ AÇDI: "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir"

media-hightechnic-468x90

 

media-banner_tkm

“Pulu mənə yox, digər müğənnilərə verirdilər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zaur Əmiraslanov “Efirdən kənar” verilişində deyib.

Sənətçi klassik vokal ifaçılarına olan xoşagəlməz münasibətdən danışıb:

“Məni çağırırlar məclisə, oxuyanda tərifləyirlər ki, belə səs heç yerdə yoxdur, alnımdan öpürlər, amma pulu başqa müğənnilərə xərcləyirlər. Belə münasibət adama pis təsir edir. Əvvəllər karaokelərə çağırırdılar, durub o boyda yolu gedirdim. Vokal ifaçısı hara, karaoke hara? Sadəcə olaraq özlərini zövqlü göstərmək üçün məni də çağırırdılar. Amma pulu mənə yox, digər müğənnilərə verirdilər. Məni də tərifləməklə yola verirdilər. Daha elə yerlərə heç getmirəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05