masin_toqqusdBu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

Keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."