Türkiyəli müğənni Ece Seçkin “Follow Me” adlı mahnısının azərbaycanlı həmkarı Afaq Aslan tərəfindən sözləri dəyişdirilərək icazəsiz oxunduğunu iddia edib.
Yenicag.az xəbər verir ki, o, buna görə Afaqı məhkəməyə verməyə hazırlaşır. Ece bu barədə “Twitter”dəki hesabından paylaşım edib. O, bunları qeyd edib:
“Bu, rəsmən əməyə hörmətsizlikdir. Mahnının sahibindən icazə almadan bir də başqasının mahnısı kimi oxuyub, klip çəkmisiniz”.
Paylaşımında sözügedən mahnını bəstələyən Kemal Şimşekyanı da etiketləyən Seçkin “Sən məhkəməyə verirsən, yoxsa mən edim?” cümləsi ilə Afaqla haqq-hesab çəkmək iddiasını ortaya qoyub.
Qeyd edək ki, E.Seçkinin oxuduğu “Follow Me” adlı mahnının klipini “Youtube”-da 65 milyondan çox adam izləyib. Afaqın mahnısına çəkdirdiyi klipə isə 27 milyona yaxın adam baxıb.