!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afaq Bəşirqızıdan ŞOK AÇIQLAMA: "Dedi, səni buna görə tutduraram"

!Reklam – Yazi

“Vaqif Səmədoğlu şəxsən mənə demişdi ki, səni tutduraram, əgər “Bəxt üzüyü 2″ filmi çəkilsə”.

Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı açıqlamasında deyib.

Aktrisa, əməkdar artist Tahir və Cabir İmanov qardaşlarının ərsəyə gətirdikləri “Bəxt üzüyü 2” filminin heç də Vaqif Səmədoğlunun “Bəxt üzüyü” filminin davamı olmadığını bildirib:

“Çəkilən “Bəxt üzüyü 2” “Bəxt üzüyü” filminin davamı deyil.Vaqif Səmədoğlunun 80 illik yubileyinə soyuq münasibət oldu. Həmin vaxt Tahir və Cabir İmanov qardaşları məsələ qaldırdılar ki, bu filmi Vaqif Səmədoğlunun yubileyinə həsr edirik. Vaqifin həyat yoldaşı Nüşabə xanım dedi ki, Afaq xanım çox istəyirəm ki, bu film Vaqifin yubileyinə görə çəkilsin. Amma Vaqif mənə demişdi ki, səni tutduraram, əgər “Bəxt üzüyü 2” filmi çəkilsə. Bu tamamilə başqa şeydir, filmin burada yalnız adı var, “Bəxt üzüyü”ndən söhbət gedə bilməz”.

Qeyd edək ki, Afaq Bəşirqızı bu sözləri müğənni-bəstəkar Murad Arifin “Popumuz var” proqramında deyib.

Nehru

www.yenicag.az

3669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv