Çinarədən “Haçan tərpənirsən?” sualına REAKSİYA
“Gərək namizəd olsun ki, tərpənim.”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Çinarə Məlikzadə “Afaqla Onlar” verilişində deyib.
Sənətçi verilişdə müğənni həmkarı Cəzahirin ona ünvanladığı “Nə vaxt tərpənirsən?” sualını cavablandırıb. O, ailəcanlı olduğunu və hər bir xanım kimi ailə qurmaq istəyində olduğunu gizlətməyib:
“Ailəcanlıyam. Mən də ailə qurmaq istəyirəm, amma gərək uyğun bir namizəd olsun ki, tərpənim.”
Nehru