Ayan MƏSXƏRƏYƏ QOYDU: "Bəzi müğənnilər bazarda məşhurdurlar"

media-hightechnic-468x90

“Onların olduqları yer elə bir yerdir ki, tanınmayan bir adam belə əlinə mikrofon alıb salamlasa, hər kəs onu alqışlayacaq.”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Tarixin bir günü” verilişində deyib.

Sənətçi, özünü şou-biznesdə “ulduz” hesab edən bayağı müğənnilərlə bağlı qalmaqallı açıqlama verib:

“Onlar düşünürlər ki, olduqları toylarda, tədbirlərdə, konsertlərdə ulduzdurlar. Çünki olduqları yer elə bir yerdir ki, tanınmayan bir adam belə əlinə mikrofon alıb salamlasa, hər kəs onu alqışlayacaq. Məni səhv anlamasınlar, gördüyüm görüntülər bunu deməyə əsas verir. Haradasa bir açılışdır, bir bazardır, onlar ordadır və hamı qışqırır. Çünki orada onsuz da ucuzluq var və hamı ora endirimə görə gəlir. Onlar düşünürlər şou-biznesdədirlər, amma əslində bazarın içindədirlər.”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600