Əməkdar artistin vəziyyəti KRİTİKDİR: "Qan Dayanmır"
“Həddən artıq çox qan itirdiyimə görə özümü yaxşı hiss etmirəm.”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.
Bir neçə gün əvvəl burnundan qan açıldığı üçün xəstəxanaya yerləşdirilən aktyor, hələ də səhhətindəki problemin aradan qalxmadığını bildirib:
“Həddən artıq çox qan itirdiyimə görə özümü yaxşı hiss etmirəm. Burnumun içinə tampon qoyublar. Bu gün tamponu çıxaracaqlar, yenidən burnumun içi endoskopiya müayinəsinə tutulacaq. Ondan sonra həkimlər qərar verəcək. Hələ ki, qan dayanmır, qan gedir. Tampona görə qan dayanıb. Tampon çıxandan sonra hər şey bilinəcək.”
CƏVAHİR