Afət Fərmanqızının əri azadlığa buraxıldı

media-hightechnic-468x90

Tanınmış müğənni Afət Fərmanqızının əri, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, M.Nanacanov araşdırma müddəti ərzində 48 saat saxlanıldıqdan sonra azadlığa çıxıb. Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.

M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05