Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

media-hightechnic-468x90

 

media-banner_tuq

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
Generalın şəhid olmasının ildönümündə ziyarəti gerçəkləşdirən millət vəkili bununla bağlı bildirib ki, Polad Həşimovun ailəsi ilə görüşü onun həyatının unudulmaz anlarından biri olub.
“Milli Qəhrəmanımız Polad Həşimovun ailəsi ilə görüşüm yəqin ki, ömrümün unudulmaz səhifəsi olacaq. Həyat yoldaşı Ofelya xanım, gözəl övladları – Davud, Aybəniz və Teymurun nəzərlərindən Polad Həşimovun tərcümeyi-halının təfərrüatlarına varmaq, döyüş yolunun mərhələlərinə nəzər salmaq və general kimi xarakterini öyrənmək mənim üçün çox dəyərli idi.”,- deyə E.Akimova qeyd edib.
Onun sözlərinə görə, Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova öz qüruru, müdrikliyi və nəcibliyi ilə əsl qəhrəman xanımı obrazını təcəssüm etdirir.
“Ofelya Salmanova əsl qəhrəman xanımıdır. Qürurlu, mütəvazi, dolğun, kübar və nəcib! Elə övladlarını da atalarının adına layiq böyüdür. Onların hamısının xatirələrində Polad Həşimov canlı, diri və işıqlıdır”, – deyə Elnarə Akimova vurğulayıb.
Millət vəkili Həşimovlar ailəsində hökm sürən mənəvi mühiti də xüsusi qeyd edərək bildirib ki, bu ailədə halallıq, dürüstlük və yüksək mənəvi dəyərlər hər addımda hiss olunur:
“Ümumiyyətlə, qonağı olduğum Həşimovlar ailəsində halallığa tapınan, dürüstlüyü özünə meyar seçən ab-hava sezdim. Tək bu mənəvi ucalıq üçün nəinki yaşamağa, ölməyə belə dəyərdi! Hələ bu ölüm bütün xalqın and yerinə çevrilibsə, belə mübarək əbədiyyətə ancaq qibtə eləmək olar. Ruhun şad olsun, general!”.
media-0f2e8a7b-e882-4ef8-9d8c-f84bc72f1758 media-bb6d49dd-4fc0-4fc1-bb9e-120cc7a479dd media-296c11e7-883a-4449-9208-ae7eed08cb91 media-7254bfb0-f0be-4e69-a57a-803b639f27e4 media-3d200c65-dcd0-4c9b-b35e-980e722eef1d media-ad9dac11-eae5-426b-b77b-5cd4d01b79f1 media-20e7cca6-40e1-44b2-910c-35562ead1871 media-3cf438e9-95ad-4525-989a-99384f7555b2 media-9b3e5818-3d3f-46cb-9cd6-901acb869f6f media-f9b3d2e3-0652-43aa-86f4-1dae56e58d69 media-39636d95-b1a9-49f5-a7d3-b9a0ef61cea3 media-a0f2bd50-e86a-4c2e-b522-9fb076e827c3 media-caaff502-ab62-44aa-ae20-43fd646c580b

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05