AFFA “Böyük oyun”un cəzalarını açıqladı

media-hightechnic-468x90

77414AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komitə üzvləri Premyer Liqanın XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

“Xəzər Lənkəran” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

* Oyunun 16-cı dəqiqəsində “Neftçi” klubunun futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
* Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
* Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
* Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5200 manat cərimə olunur.
* Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunur.

“Qarabağ” – AZAL matçının 31-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Ruslan Məcidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600