!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA İntizam Komitəsinin qərarları açıqlandı - Bu klublar cərimələndi

!Reklam – Yazi

AFFA İntizam Komitəsi “Zirə”nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.

Yenicag.az Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qolkiperin Premyer Liqanın IX turunda səfərdə “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. “Sabah”ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.

Komitə “Sumqayıt” klubuna da eyni cəzanı verib. Buna 5 oyunçunun səfərdə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alması səbəb olub.

“Keşlə”nin “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdiyi matçda ki klubun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.

“Qarabağ”ın “Neftçi”ni 6:0 hesabı ilə darmadağın etdiyi görüş öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün paytaxt klubu 400 manat cərimə olunub.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv