AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

media-hightechnic-468x90

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Yenicag.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;

7. Digər məsələlər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600