Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Afrikada BMT-nin üç sülhməramlısı öldürüldü

Mərkəzi Afrika Respublikasında (CAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı öldürülüb.

Yenicag.az xəbərə verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefani Dujarrikin məlumat yayıb.

Daha iki nəfərin yaralandığı bildirilir.

“Baş katib bu gün şəxsiyyəti bilinməyən silahlı qiyamçıların CAR hərbi qüvvələrinə və BMT-nin ölkədəki nümayəndəliyinə, Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərindəki hücumunu kəskin qınayır”, – deyə qeyd edilir.

BMT-nin baş katibi CAR rəhbərliyini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

www.yenicag.az

207