Ağcabədidə avtomobil qəzası: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova, 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05