!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədinin unudulan KƏNDLƏRİ: Əhali susuz və qazsız qalıb

!Reklam – Yazi

Ağcabədi rayonunun Qaraxanlı kəndi susuz və qazsız qalıb.

Yenicag.az xəbər verir ki, Ağcabədi rayonunun digər kəndlərində qazlaşdırma aparılsa da, Qaraxanlı və Hacılar kəndi qaza həsrət qalıb.

Kəndin çox ciddi su problemi də mövcuddur.

Təxminən 1 həftə əvvəl ildırım çaxması nəticəsində kəndin yüksək gərginlikli elektirik xətti sıradan çıxıb. Nəticədə kənddəki bütün artezianlar xarab olub.

Kənd sakinlərinin bildirdiyinə görə, nə Ağcabədi Rayon İcra Hakimiyyəti, nə də Su Melorasiya  İdarəsi onların dərdinə əlac olmur. Kənd camaatı özü pul yığaraq, artezianları təmir edirlər. Su Melorasiya idarəsi artezianların motorlarını təmir edə bilmir.

Kənd sakinlərinin sözünə görə, idarəyə müraciət etdikcə, cavab o olur ki, “yuxarıdan vermirlər”.

Kənd sakinləri bildirir ki, 20 gün əvvəl pambığa su vurublar. Suyun yoxluğundan pambıq məhv olmaq üzrədir. Pambıq zavodu ilə müqavilə bağlayarkən, müəyyən bir limit qoyulur. Su olmadığı üçün borcumuzu da verə bilmirik.

Kənd sakinləri bildirir ki, qonşu kəndlərə baxanda adama elə gəlir ki, dövlət bu kəndi unudub.

Kənddə olarkən quraqlıqdan qaynamaların da quruduğunu müşahidə etdik. Kənd sakinləri havaların belə isti keçdiyi zamanda su ilə sınağa çəkilir.

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv