Ağdam sakini özünü bıçaqlayıb
Ağdam rayon sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən xəbərə görə, Dördyol qəsəbəsində yaşayan, 1998-ci il təvəllüdlü Cəfərov Həsən Mircəlal oğlu özü əvvəlcə atası ilə mübahisə etdikdən sonra özünə bıçaqla xəsarət yetirdiyini deyib. Yaxınları isə onun yıxılaraq qarın nahiyəsindən xəsarət aldığını bildiriblər. Həkimlərin sözlərinə görə isə, N. Cəfərovun bədənindəki yara bıçaq xəsarəti olub.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.