Ağdaşda dəhşətli qəza: bir ailənin iki üzvü öldü
Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların bir ailənin üzvü olduğu məlum olub.
Qəbələ rayonu Ziring kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Nail Nadir oğlu idarə etdiyi 10-BX-366 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb və aşıb.
Nəticədə avtomobilin sürücüsü Nail Məmmədov və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Şəfiqə Eldar qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Maya Allahyar qızı ağır bədən xəsarətləri alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Martın 6-da saat 20 radələrində Ağdaş rayonunun Türyançay qəsəbəsində Qəbələ rayon sakini Nail Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı hasara vurub.
Nəticədə sürücü və sərnişinlərindən biri, həmyerlisi Şəfiqə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)