Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edərək özləri ilə yanaşı, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlərlə narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən 15 sürücü saxlanılıb.
Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququ olmadığı da məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.