“Ağır döyüşlərin başlanması ehtimalı var”
NATO Baş Katibi Yens Stoltenberq Ukraynanın şərqində ağır döyüşlərin yenidən bərpa olunması təhlükəsi haqda xəbərdarlıq edib.
Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, NATO başçısı bütün tərəfləri qısa zamanda Minsk danışıqlarını yerinə yetirməyə çağırıb. Yens Stoltenberq:
“Atəşkəs rejimi qorunub saxlanılır. Ancaq ağır döyüşlərin yenidən başlaması htimalı var. Rusiya separatçılara silah və əsgər göndərməklə, təlim keçməklə dəstək verir. Rus ordusunun böyük hissəsi Ukrayna sərhədində qərar tutub”.
NATO Minsk razılaşmasının yerinə yetirilməsi ilə bağlı Rusiyanın üzərinə məsuliyyət qoyub.