Ağır itkidən sarsılan Əməkdar artist: “Bir gün əvvəl komaya düşdü…”

“Atam ağır xəstə idi. Bir gün əvvəl komaya düşdü, bir gün sonra da dünyasını dəyişdi”.

Bunu dünən axşam saatlarında atasını itirən müğənni Əməkdar artist Şölə Səfərəliyevaya acısını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Ağır itkidən sarsılan müğənni atasının xərçəng xəstəliyi ilə mübarizə apardığını bildirib:

“Atam xərcəng xəstəliyi ilə mübarizə aparırdı. Ölüm onu bizdən alıb apardı… Dünən axşam saat 8-də dünyasını dəyişdi”.

Qeyd edək ki, Əməkdar artistin anası da 2021-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Cəvahir