Ağır yol qəzası – Ölən və yaralananlar var

qeza336Goranboy rayonunun Sarov kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 21-də saat 01 radələrində Goranboy rayonunun Sarov kəndində Gəncə şəhər sakini Arzu Süleymanov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi Murad Nəzərovun “Mercedes” markalı avtomobilinə vurub. Nəticədə M.Nəzərov hadisdə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.