Ağır yol qəzası – Sərnişin avtobusu yük maşınına çırpılaraq aşdı

media-hightechnic-468x90

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Köyulhisar məhəlləsi adlanan ərazidə baş verib.

Hadisəyə səbəb güclü qar və yolun buz bağlaması olduğu bildirilir. Belə ki, yük avtomobili sürücüsü idarəetməni itirərək qarşı istiqamətdə yola çıxaraq aşıb. Digər istiqamətdən gələn avtobus isə aşmış yük avtomobilinə çırpılıb.

Nəticədə 4 ağır olmaqla, 15 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları xəlb olunub.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600