Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“...Ağırlığım-uğurluğum TƏBİB-in, ÜST-nin üstünə...” – Elçin Mirzəbəylidən SARKASTİK ETİRAZ

“Qadağalar, məhdudiyyətlər heç bir problemi həll etmir, əksinə yeni problemlər yaradır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri özünün “Facebook” hesabında Novruz bayramının yaxınlaşması fonunda koronavirus infeksiyasına yoluxma hallarının artmasına münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, yoluxma sayının bayram öncəsi artmasının real faktlara söykənən izahı verilmir və bu da təbii olaraq insanlarda şübhə doğurur:

“Son günlər COVİD-19-a yoluxmalarla bağlı statistikanın birdən-birə dəyişməsi, Novruz bayramı yaxınlaşdıqca gündəlik yoluxmanın artması insanlarda müəyyən şübhələr yaradır.

Bu da təbii qəbul olunmalıdır. Çünki yoluxmaların niyə məhz Novruz bayramı öncəsi artmasının məntiqli və real faktlara söykənən izahı verilmir. Baş verənlərlə bağlı ictimai rəyə şübhə toxumu səpmək niyyətində deyiləm. Amma hər kəsi narahat edən suallar məni də düşündürür və statistikanın real olduğuna mümkün qədər özümü inandırmağa çalışıram.

Amma yenə də hər bir azərbaycanlıya xas olan sarkazm elementlərindən yan keçə bilmirəm: Bəlkə COVİD-19 ən azı insan qədər şüurludur? Onun da öz dünyagörüşü, hissləri var. Yalnız insan bədənində “yaşaya” bildiyi üçün hər dəfə bayram öncəsi hücuma keçir, daha çox insanı yoluxdurmağa çalışır ki, bayramı onlarla birlikdə keçirə bilsin.

Bu koronavirus nədirsə, çox “sosial varlıqdır”. Ola bilsin ki, COVİD-19 paxlavanı, yaxud şəkərburanı çox sevir. İnsan bədəninə düşdüyü zaman yüksək hərarətə səbəb olması da koronavirusun Novruz tonqalına olan sevgisindən irəli gəlir. Ciyərlərimizdə və digər əzalarımızda tonqal qalayır ki, üzərindən atıla bilsin.

Təsəvvür edin koranavirus balalar tonqalın üzərindən atılırlar və “ağırlığım-uğurluğum TƏBİB-in, ÜST-nin üstünə” deyib gülüşürlər…

COVİD çıxdı bahara, ay bahara,
Yemək yoxdu nahara, ay nahara…
Maskamızda gül olsun, ay gül olsun,
gül olsun, bülbül olsun…
TƏBİB olmur, neynək ÜST olsun
Evdəkilər məst olsun…
Hamı qalsın evində
Xəstəlik səf-səf olsun,
COVİD olsun, keyf olsun”

Loading...

www.yenicag.az

248
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100