Ağırlıqqaldıranlarımız xatirə turnirini 6 medalla başa vurdular

media-hightechnic-468x90

Azərbaycan ağırlıqqaldıranları Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turniri 6 medalla başa vurublar.

Azərbaycan Ağır Atletika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, son olaraq qadınların yarışında 76 kq çəki dərəcəsində mübarizə aparan Rahilə Hüseynzadə bürünc medal qazanıb.

Toplamda 179 kq (82+97) nəticə göstərən Hüseynzadə yekun sıralamada 3-cü olub.

Ondan başqa Nazilə İsmayılova (49 kq) 3 bürünc medala sahib çıxıb. Tehran Məmmədov (67 kq) və Ömər Cavadov (73 kq) isə hərəyə bir gümüş medalla kifayətləniblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa