Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağstafada güclü yanğın - YENİLƏNDİ

Ağstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumatda bildirilib ki, rayonun Kəsəmənli və Poylu kənd bələdiyyəsinin ərazisində ümumi sahəsi 20 hektar ərazidə olan kol-kos və ümumi sahəsi 15 hektar olan biçilməmiş taxıl zəmisinin 0,5 hektar sahəsi yanıb.

Qeyd edək ki, taxıl sahəsi Poylu kənd sakini, Adil Nəsibova məxsusdur.

Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub.

***

15:18

Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

Yenicag.az xəbər verir ki, yanğın rayonun “Şəkərli” stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub.

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır./Report/

Loading...

www.yenicag.az

1593
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100