Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağstafanın yenidən qurulan şəhidlərin abidə-kompleksinin açılışı oldu

Ağstafa rayonunun Vurğun qəsəbəsinin mərkəzində 1990-cı illərdə şəhidlərin xatirəsinə inşa olunmuş abidə-kompleksi yenidən qurulub.

Yenicag.az xəbər verir ki, kompleksdə qəsəbədən olan 1 nəfər 20 Yanvar, 5 nəfər 1-ci Qarabağ müharibəsi və 3 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə oraqnlarının rəhbərləri, şəhidlərin yaxınları, müharibə iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın xatirə lövhələri önünə qərənfillər düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Açılış mərasimində çıxış edənlər şəhidlərin ölkəmizin suverenliyi və azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlardan, eləcə də ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.

www.yenicag.az

136
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100