!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda yeni doğulmuş körpə öldü

!Reklam – Yazi

Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, avqusutun 16-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1990-cı il təvəllüdlü Ağsu şəhər sakini Cəfərova Türkan Ramiz qızının təbii doğuşla dünyaya gətirdiyi körpə ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov isə Trend-ə bildirib ki, Cəfərova Türkan Ramiz qızı xəstəxanaya avqustun 16-da hamiləliyinin 39-40-cı həftəsində daxil olub. Qadın təbii yolla doğuş həyata keçirib, ona “ölü döl” diaqnozu qoyulub. Valideynlərinin istəyi ilə ölü doğulmuş körpənin ölüm səbəblərinin öyrənilməsi üçün onun meyiti ekspertizaya təqdim edilib.

Ə.Hüseynov qeyd edib ki, hazırda ana sağlam hesab edilir.

Baş həkimin müavini əlavə edib ki, T.Cəfərovanın buna qədər 3 hamiləliyi olub və onların hər bir hamiləlik 7, 8 və 9-cu ayda düşüklə bitib.

www.yenicag.az

2470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv