Aİ 15 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil etdi

media-hightechnic-468x90

Avropa İttifaqı Şurası Aİ və Ukraynada sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərə, o cümlədən məlumatların manipulyasiyası və xarici müdaxiləyə (FIMI) görə doqquz fiziki və altı hüquqi şəxsi sanksiya siyahısına daxil edib.

Yenicag.az-ın Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi məlumata görə, siyahıya “Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi” federal dövlət müəssisəsi və onun baş direktoru, eləcə də Yeni ərazilərdə kommunikasiya infrastrukturunun inkişafının koordinasiyası departamentinin rəhbəri daxil edilib.

“Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi” işğal olunmuş ərazilərdə Ukrayna yayım sistemlərinin Rusiya hökuməti tərəfindən təsdiqlənmiş məzmun yayan şəbəkə ilə əvəz edilməsində mühüm rol oynayır. Bu fəaliyyətlərin məqsədi fərqli düşüncəni boğmaq, yerli əhalini Rusiya siyasətinə uyğunlaşdırmaq və işğal olunmuş ərazilərdə Ukrayna idarəçiliyini legitimlikdən məhrum etməkdir”, – Aİ-nin məlumatında qeyd olunub./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600