Aİ Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.

media-banner_tkm

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edib.

M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik.

O əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb:

“Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir”.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05