Aİ BRİKS sammitində iştirak edən Ərdoğandan bunu istəyir

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində olarkən Aİ kursunu izləyəcək və Rusiyanın təcrid olunmasında iştirak edəcək.

Yenicag.az xəbər verir ki,bunu Aİ-nin Xarici Xidmətin nümayəndəsi Piter Stano deyib.

Stano qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələrin liderləri istədikləri yerə səyahət edə bilərlər.

“Lakin biz bütün Aİ-yə namizəd ölkələrdən gözləyirik ki, onlar Avropa İttifaqının dəyərlərinə tam əməl edəcəklər və Aİ-nin Rusiyanı təcrid etməyə yönəlmiş xarici siyasəti çərçivəsində hərəkət edəcəklər”, – siyasətçi qeyd edib.

Xatırladaq ki, oktyabrın 22-də Kazanda BRİKS sammiti işə başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq yeni BRİKS ölkələri iştirak edəcək./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05