Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər

media-hightechnic-468x90

Avropa İttifaqı dövlətləri İrana qarşı yeni sanksiya paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.

Bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

Sanksiyalar raket və pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan şirkətlərə qarşı yönəldiləcək.

“Biz İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəldik. Bu, İran rəhbərliyinə açıq siqnaldır. Sanksiyaların hədəfi raket və PUA istehsalı ilə məşğul olan şirkətlərdir”, – deyə Mişel bildirib.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran yüzlərlə pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərdən istifadə edərək İsrailə kütləvi hücuma cəhd edib. Hücum ABŞ, Fransa, Böyük Britaniya və İordaniyanın köməyi ilə uğurla dəf edilib.

Mənbə: Newsru.co.il

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600