Aİ İsrailin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) İsrail hökumətinin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yüzlərlə yeni yaşayış evinin tikintisi barədə qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu hesab edir.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı press-relizdə qeyd olunur.

“Yaşayış məskənlərinin genişləndirilməsinin davam etdirilməsi, beynəlxalq hüquq baxımından qanunsuzdur. Çünki o, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə, Aİ-nin çoxillik siyasətinə, həmçinin “Yaxın Şərq dördlüyü”nün (Rusiya, ABŞ, Aİ və BMT) tövsiyələrinə ziddir”, – deyə məlumatda bildirilir.

Bir müddət əvvəl İsrail hökuməti İordan çayının Qərb sahilində 2,5 min ədəd mənzilin tikintisinə icazə verib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600