Aİ Kiyevə təcili və intensiv dəstək lazım olduğunu elan edəcək

media-hightechnic-468x90

Avropa İttifaqının dövlət və hökumət başçıları martın 21-22-də keçiriləcək sammitdə Ukraynaya təcili və intensiv dəstəyin zəruriliyini bəyan etmək niyyətindədirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Ukrayna ilə bağlı əsas mesajımız üçyönlü olacaq: yardımımızın təcililiyi və intensivliyi və Ukraynaya dəstək verməkdəki əzmimiz”, – o deyib.

Diplomatın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindəki münaqişə və onunla bağlı bütün məsələləri müzakirə etməzdən əvvəl 27 Aİ ölkəsinin liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05