Aİİ ölkələri arasında elm sahəsində yeni LAYİHƏ TƏSDİQLƏNDİ

media-hightechnic-468x90

 

Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası elmi adlarla bağlı sənədlərin qarşılıqlı tanınmasına dair saziş layihəsini təsdiqləyib.

Yenicag.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sənəd Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində verilmiş elmi adlarla bağlı sənədlərin birbaşa tanınmasını nəzərdə tutur.

AİK-in iqtisadiyyat və maliyyə siyasəti naziri Baxıt Sultanovun sözlərinə görə, bu saziş İttifaq ölkələrində alimlərin işə qəbulunu asanlaşdıracaq, elmi əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə təkan verəcək:

“Əminəm ki, bu alət istedadlı mütəxəssislərin cəlb olunmasına imkan yaradacaq və ölkələrimizdə innovasiyaların inkişafını stimullaşdıracaq”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Aİİ ölkələrində elmi dərəcələrlə bağlı sənədlərin qarşılıqlı tanınmasına dair saziş 2024-cü ilin mayında qüvvəyə minib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600