Ailə üzvlərini baltalayaraq öldürüb

media-hightechnic-468x90

61d5541f3f76f4c5f5c23a4d5b383272Rusiya Federasiyasının Perm vilayətinin Uqleuralsk qəsəbəsinin sakini öz atasını, anasını, nənəsini və kiçik qardaşını baltalayıb.

Hadisə iyunun 22-də baş verib.

1991-ci il təvəllüdlü şəxs əvvəlcə öz 17 yaşlı qardaşının başına balta ilə zərbə endirib. Sonra o, evə gələrək nənəsini və anasını öldürüb və öz avtomobili ilə yaxınlıqdakı Qubaxa şəhərində yaşayan dayısının evinə gedib. Gecəni dayısının evində keçirən qatil səhər evə qayıdaraq atasının işdən dönməsini gözləyib. Atası qayıtdıqdan sonra onu da öldürüb və evə od vuraraq aradan çıxıb.

Fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600