!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akademik Murtuza Nağıyevin 110 illik yubileyi keçiriləcək

!Reklam – Yazi

Prezident İlham Əliyev Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda bildirilir ki, 2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.

Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr vermiş və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlamış, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən etmişdir.

Sərəncamla Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlərini nəzərə alaraq akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasına tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

COP29

www.yenicag.az

1954
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv