AKP-nın üç əsas koalisiya şərtindən biri: “Paralel” ilə mübarizə davam edəcək
Türkiyənin iqtidar Ədalət və İnkişaf partiyası (AKP) koalisiya şərtlərini açıqlayıb.
AKP üç əsas şərt irəli sürüb. Hakim partiyanın birinci şərti isə “Paralel dövlət”lə bağlıdır. AKP-nin irəli sürdüyü 3 şərdə güzəşt edilməyəcəy bildirilir.
Şərtlər
1. “Paralel dövlət”ə güzəşt oluna bilməz: 17-25 dekabrda çevrilişə cəhd edən, dövlətin kapillyar damarlarına sızan “paralel dövlət” “milli təhlükəsizliyə təhdid” olaraq qəbul edilib. Koalisiya necə qurularsa qurulsun, “paralel dövlət” xəyanətinin cavabını verəcək, dövlətin içindəki əlaqələri təmizlənəcək.
2. “Çözün prosesi” davam edəcək: AKP səslərin düşməsini gözə alaraq hökumətlə PKK arasındakı “çözüm prosesi”nin arxasında dayandı. “Çözüm prosesi” bundan sonra da davam edəcək.
3. Ərdoğanın leqallığı şübhəsizdir: İlk dəfə 52 faiz xalqın səsini toplayaraq seçilən prezident Rəcəb Tayyib Ərdoğanın leqallığı mübahisəolunmazdır. Prezident və parlament seçkilərini müqayisə etmək isə yanlışdır.