AKP-nin TBMM sədrliyinə namizədi bəlli oldu

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu partiyanın toplantısında bildirib. AKP-nin namizədi hazırda milli müdafiə naziri vəsifəsini icra edən İsmət Yılmazdır. Baş nazirin sözlərinə görə, İsmət Yılmaz və milli təhsil naziri Nəbi Avcının namizədliyi irəli sürülüb. Məsləhətləşmələr nəticəsində İsmət Yılmazın namizədliyinin irəli sürülməsinə qərar verilib.