!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktrisa “LGBT-ni dəstəkləyən PKK-çı” adlandırıldı

!Reklam – Yazi

51831_x4zhz40ajtAktrisa Beren Saat sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

Müğənni həyat yoldaşı Kənan Doğulu ilə Los-Ancelesdə evlilik ildönümünü qeyd edən aktrisanın ölkəsindəki terror hadisələrinə biganə yanaşaraq İnstaqram səhifəsində Amerika filmlərindən birinin şəklini paylaşması izləyiciləri əsəbləşdirib.

“Xalq düşməni”, “Vətən xaini” “LGBT-ni dəstəkləyən PKK-çı”, “Terrorist” adlandırılan Beren öz ölkəsini sevməməkdə ittiham olunub. İstifadəçilər aktrisaya “İnşallah, şəhidlərin qanında boğularsan”, “Bu ölkədə sənin kimilərə yer yoxdur, rədd ol get”, “Şəhidlərin qatillərindən biri də elə sənsən”, “Fındıq qədər beyninlə dövlət işlərinə burnunu soxma” şəklində sərt sözlər yazıblar.

Qeyd edək ki, bir qədər əvvəl aktrisanın qayınanası Serpil Doğulunun gəlininə siyasi paylaşımlara görə xəbərdarlıq etdiyi, “ailəmi təhlükəyə salırsan” dediyi barədə xəbərlər yayılmışdı. Bunun qarşısında səssiz qalan B.Saat dünən paylaşdığı fotoya “Brando deyir ki, bizi uğursuzluğa düçar edən ittihamlarımızdır… Çapolla, palma ağacları və ay” yazmışdı.

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv