Aktrisa studiyada sillələndi

media-hightechnic-468x90

77933Dar və açıq-saçıq geyimlər aktrisanın döyülməsinə səbəb oldu. Qeyri-adi hadisə Hindistanda yaşanıb. Belə ki, Hindistanın tanınmış kino ulduzu və model Gauhar Xan bir televiziya şousuna qatılıb. Lakin geyimi onun tamaşaçı hiddəti ilə qarşı-qarşıya qalmasına səbəb olub.

Hadisə Mumbayda “Raw Star” verilişinin çəkilişi zamanı yaşanıb. 24 yaşlı oğlan qəfildən çəkiliş meydançasına çıxıb və Bollivud ulduzunu vurub.

Təhlükəsizlik xidməti dərhal müdaxilə edib və onu vuranı zərərsizləşdirə bilib. Adı açıqlanmayan gənc polisə təhvil verilib. Saxlanılan şəxs “müsəlman qadının belə geyinməsi düzgün deyil”.

İddialara görə, tamaşaçı əvvəlci aktrisaya söz atıb, ona cavab verən gənc qadınla ilə sonradan mübahisə davaya çevrilib.

Sillə zərbəsi alan aktrisa şoka düşərək uzun müddət əli üzündə qalıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600