!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktyorlar qəpik-quruşa çəkilirlər, bəs böyük pullar kimin cibinə axır? - “Kefindən yox, məcburiyyətdən...” - VİDEO

!Reklam – Yazi

“Aktyorları günahlandırmaq lazım deyil. Hər kəs maddi durumuna görə təklif olunan qiymətlə razılaşır. Heç kim kefindən qəpik-quruşa işləmir, məcburiyyətdən edir. Neyləsin, gəliri yoxdur…”

Bunu tanınmış aktyor Ruslan Sabirli qəpik-quruşa seriallara çəkilən həmkarları ilə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

O, aktyorları buna görə qınamadığını, məcburiyyətdən az məbləğin müqabilində çəkilişə razılıq verdiklərini bildirib.

Özünə gəlincə, R.Sabirli az qonorara heç vaxt razılaşmadığını etiraf edib:

“Mənə hər hansı təklif gələndə baha qiymət deyirəm. Baha yox, daha doğrusu, layiq olduğum qiymətdən də aşağı qiymət deyirəm. Nədənsə, bu qiymət bizim bazar üçün baha görünür. Hər təkliflə razılaşmıram”.

O, həmçinin Azərbaycanda aktyorların cüzi qonorar almasının səbəblərini də açıqlayıb.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv